Tarix: 14-03-2021 | Saat: 11:03
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkmənistan Məclisi “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Qeyd edək ki, Anlamşa Memorandumu yanvarın 21-d Azərbaycan və Türkmənistan prezidentlərinin videokonfrans formatında qatıldığı tədbirdə bu ölkələrin xarici işlər nazirləri tərəfindən imzalanıb. Sənədə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.
Digər xəbərlər