Ermənilər Xocalının kəndinə Rusiya hərbçilərinin yerləşdirilməsini tələb etdi...
Tarix: 12-03-2021 | Saat: 12:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1372 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-03-2021 | Saat: 12:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Kəndin yaxınlığında erməni hərbçiləri nəzərə çarpmasa da, onların postları və üzrərində dalğalanan Ermənistan bayrağı aydın görünür...
Belə informasiyaları yaymaqla Rusiya tərəfi Azərbaycan torpaqlarındakı hərbi kontingentinin sayını axtarmağa bəhanələri artıra bilər...
Azərbaycan Respublikası Xocalı rayonunun 2020-ci il noyabrın 9-da işğaldan azad edilmiş Muxtar kəndi ərazisində yaşayan ermənilər yaşayış məntəqəsində Rusiya sülhməramlılarının yerləşdirilməsini tələb ediblər.
Qarabaginfo.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.
Rusiya nəşrinin müxbiri tərəfindən "sərhədyanı kənd" kimi təqdim edilən yaşayış məntəqəsinin qanunsuz icma rəhbəri Mxitar Arustamyan və bir neçə sakin kənddəki vəziyyət barədə danışıb. M.Arustamyanın sözlərinə görə, müharibədən öncə kənddə 100 nəfər yaşayıb, hazırda isə 80 erməni yerləşib. 3 ailə geri dönməyib. Kənddəki ermənilər Ermənistan hökumətinin ödədiyi pensiya və sosial ödənişlər hesabına yaşayır. Əkin və otlaq sahələri Azərbaycan ordusunun nəzarətində olduğundan sakinlər əkin-biçinlə məşğul ola bilmirlər. Amma qadınlar da deyir ki, bura bizim vətənimizdir və biz heç hara gedən deyilik. Sakinlər deyir ki, Muxtar kəndi erməni hərbçiləri tərəfindən qorunur, lakin onların postlarının sayı azdır.
Ermənilər kəndin üç tərəfdən, 500-700 metr məsafədə Azərbaycan hərbçiləri ilə əhatə olunduğunu, guya onların gecələr havaya atəş açdıqlarını, onların nəzarətində olan ərazilərə keçən mal-qaranı ələ keçirdiklərini bildiriblər. Bu və digər səbəblərdən ermənilər Muxtar kəndinin ətrafında erməni postlarının sayının artırılmasını və Rusiya hərbçilərinin də postlarının qurulmasını tələb edirlər.
Təqdim edilən videoda Muxtar kəndin yaxınlığında erməni hərbçiləri nəzərə çarpmasa da, onların postları və üzrərində dalğalanan Ermənistan bayrağı aydın görünür.
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytındakı məlumata görə, 2020-ci il noyabrın 9-da Xocalı rayonunun digər 6 kəndi ilə yanaşı, Muxtar kəndi də Milli Ordumuz tərəfindən işğaldan azad edilib.
P.S. Belə informasiyaları yaymaqla Rusiya tərəfi Azərbaycan torpaqlarındakı hərbi kontingentinin sayını axtarmağa bəhanələri artıra bilər...
Zəruri məlumat:
Muxtar - Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Muxtar kəndi Qarabağ silsiləsinin ətəyində, Şuşa şəhərindən bir neçə km şərqdə yerləşir.
XIX əsrin əvvəllərində Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rəsmiləşdirilib. Oykonimi şəxs adı ilə əlaqələndirirlər.
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Mxitarikənd olub. Ermənilər tərəfindən “Mxitarişen” adlandırılır.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
5-11-2024, 16:28
FHN-də COP29 ilə əlaqədar müşavirə keçirilib, tapşırıqlar verilib
25-11-2021, 22:26
Rusiyada şaxtada ölənlərin sayı 14 nəfərə çatıb
20-11-2021, 12:55
Şəhid Dmitri Solnsevin ailəsinin problemi həll olundu
27-02-2023, 10:10
Bu yollarda sürət həddi endirildi
2-02-2024, 10:51
Ölkədə son bir ayda 325 nəfər COVİD-ə yoluxub, 21 nəfər vəfat edib
7-03-2022, 00:39
FIG Rusiya gimnastına intizam işinin açılmasını istəyib
27-09-2024, 14:56
4 167 Vətən müharibəsi iştirakçısına əlillik verilib
13-10-2021, 13:14
Sumqayıtda şagird niyə vəfat edib? - Direktordan açıqlama
26-11-2024, 11:35
Rusiya FTX rəhbəri: ABŞ MDB-də xaos yaratmaq istəyir
26-02-2018, 14:49
Xocalı soyqırımında həlak olmuş uşaqların xatirəsini əbədiləşdirmək üçün 63 ağac əkilib