Tarix: 13-10-2022 | Saat: 00:08
Bölmə:Karusel / Manşet | çapa göndər
Azərbaycan və Ermənistan ilin sonunadək sülh sazişi imzalamaq niyyətindədir.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan televiziyaya müsahibəsində deyib.
Qriqoryan bildirib ki, Ermənistanın xarici işlər naziri Nyu-Yorkda Antoni Blinkenlə görüşüb. Bunun ardınca ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan onun Hikmət Hacıyevlə görüşünü təşkil edib.
“Biz əsasən Ermənistanla Azərbaycan arasında olan bir sıra məsələlərlə bağlı müzakirələr apardıq” – deyə Qriqoryan bildirib.
Diplomat sülh sazişinin vaxtı ilə də bağlı söhbət aparıldığını vurğulayıb: “Həmçinin sərhədlərin delimitasiyası və ilin sonunadək sülh sazişi imzalamaqla bağlı danışdıq” – Qriqoryan əlavə edib.
Qriqoryanın sözlərinə görə, delimitasiyanın ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə qarşılıqlı əlaqəlidir.
Digər xəbərlər