Saytımızı qiymətləndirin


 
 

Xəzərdə dalğanın hündürlüyü 2.8 metrə çatıb - FAKTİKİ HAVA
Tarix: 17-02-2021 | Saat: 11:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Xəzərdə dalğanın hündürlüyü 2.8 metrə çatıb - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, fevralın 17-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərə yağış, Qrız, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb. 

Düşən yağışın miqdarı Mingəçevirdə 9, Biləsuvarda 6, İmişlidə 5, Lənkəranda 4, Ceyrançöl, Göyçayda 3, Şəmkir, Tovuz, Şəki, Mərəzə, Tərtər, Zərdab, Kürdəmir, Yardımlı, Lerik, Şahdağ, Astarada 2, Ağdərə (Ordubad), Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağdam, Balakən, Zaqatala, Quba, Kişçay (Şəki), Neftçala, Cəfərxan, Sabirabad, Beyləqan, Bərdədə 1mm, Bakı, Binə, Sumqayıtda 1mm-dək olub. 

Şimal-qərb küləyinin sürəti Xınalıqda 28, Tərtərdə 23, Naftalan, Neftçalada 20, Salyanda 18, Qrızda 16, Abşeron yarımadası və Bakıda 17, Pirallahı, Çilov adası, Neft Daşlarında 15 m/s-dək  güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
APA



Xəbəri paylaş

1323 dəfə oxunub.

Digər xəbərlər