Saytımızı qiymətləndirin


 
 

NATO Baş katibi: “Rusiya toqquşma istəsə, biz buna hazırıq”
Tarix: 16-02-2021 | Saat: 13:47
Bölmə:Karusel / Gündəm / Dünya | çapa göndər

 

“NATO Rusiya ilə həm qarşıdurmaya, həm də qarşılıqlı fəaliyyətə hazırdır. Hər şey Moskvanın mövqeyindən asılıdır”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq “El Mundo”ya müsahibəsində deyib.

“İnanıram ki, biz Rusiyaya aydın siqnal göndərməliyik: Onlar toqquşma istəsələr, biz buna hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, biz buna şad olacağıq. NATO öz üzvlərini qorumağa hazırdır. Rusiya ilə dialoq gücə, möhkəmliyə söykənməlidir. Rusiya ilə də danışmalıyıq. Ehtiyatlı davranmaq və dialoq arasında heç bir ziddiyyət yoxdur. Moskva ilə münasibətlərimizin daha yaxşı ola biləcəyinə inanmasaq belə, dialoqa davam etməliyik, çünki vacib əlaqələri və münasibətləri davam etdirmək lazımdır. Silahlanma yarışından qaçmaq üçün silahlara nəzarəti düşünün. Onlar bizim qonşumuzdur, maraqları var, xüsusən sərhədlərdə toqquşmalardan qaçmaq lazımdır. Norveçli bir siyasətçi olaraq Rusiya ilə işləmək təcrübəm çoxdur və bunun mümkün olduğunu bilirəm”, - deyə Y. Stoltenberq vurğulayıb.



Xəbəri paylaş

1386 dəfə oxunub.

Digər xəbərlər