Saytımızı qiymətləndirin


 
 

Xudavəng monastrına gəlmək istəyən ermənilər geri qaytarıldı  - Artıq ruslar Qarabağda istədiklərini edə bilmirlər
Tarix: 09-02-2021 | Saat: 13:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xudavəng monastrına gəlmək istəyən ermənilər geri qaytarıldı - Artıq ruslar Qarabağda istədiklərini edə bilmirlər

"Rus sülhməramlılarının müşayiəti ilə Kəlbəcərə - Xudavəng monastrına gələn erməniləri Azərbaycan hərbçiləri dayandırıb. Səfər haqqında öncədən məlumat verilmədiyi üçün geri qayıtmaları tələb olunub. Ermənilər keçid icazəsi almaq üçün 3 saat gözləyib, lakin yenə də əraziyə daxil ola bilməyiblər. Daha sonra onlar Xankəndidə qayıdıb".

Qarabaginfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi, jurnalist Asif Nərimanoğlu bildirib.

O qeyd edib ki, rus sülhməramlılarına rəğmən, hərbçilərimizin ermənilərə icazə verməməsi xüsusilə diqqət çəkir:

"Müharibədən sonra Azərbaycan ermənilərin Xudavəng monastrında ibadət etməsinə icazə verir, lakin bu haqda əvvəlcədən xəbər vermək lazımdır. İndiyə qədər monastrı ziyarət edən ermənilərin təxribat xarakterli addımları müşahidə olunub, bununla yanaşı, monastr ətrafında rus sülhməramlıların da funksiyasından kənar, ermənilərin xeyrinə fəaliyyəti ilə qarşılaşmışıq. Bu hallarla bağlı etiraz edilsə də, ruslar və onlara güvənən ermənilər istədiyini edir, bir çox hallarda icazə məsələsinə barmaqarası baxırdılar".

Jurnalistin fikrincə, artıq ruslar istədiklərini edə bilmirlər:

"Ermənilərin rus sülhməramlılarının yanında gəlməsinə baxmayaraq, geri qaytarılması bunun növbəti nümunəsidir. Bir neçə gün öncə də Fransadan olan jurnalistlərin Ermənistanın icazəsi ilə Xankəndinə baş çəkmək istəyinin qarşısı alınıb, onlara “bura Azərbaycan torpağıdır, icazəni Bakıdan almalısınız” deyilib. Situasiya dəyişib, səbəb Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasıdır. Türkiyə hərbçilərin gəlişindən sonra əli güclənən Azərbaycan sülhməramlılara da, ermənilərə də yerini göstərir". (Yenisabah.az)



Xəbəri paylaş

324 dəfə oxunub.

Digər xəbərlər