Saytımızı qiymətləndirin


 
 

Bu ay 87 mln. manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib
Tarix: 30-09-2026 | Saat: 14:05
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Bu ay 87 mln. manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin sentyabr ayı ərzində 5 depozit hərracı keçirilib.

Qarabaginfo.az nazirliyə istinadən xəbər verir ki, hərraclarda ümumilikdə xəzinə hesabının 87 milyon manat məbləğində qalığı 28 və 84 gün müddətlərinə 6.5% orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Qeyd edək ki, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” ilə müəyyən olunur. Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər