Saytımızı qiymətləndirin


 
 

Paşinyan: Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir
Tarix: 25-09-2026 | Saat: 07:41
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan: Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir

“İrəvanla Moskva arasında münasibətlər transformasiya mərhələsindən keçir”.

Qarabaginfo.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, dəyişikliklər ilk növbədə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması ilə bağlıdır.

“Rusiya ilə münasibətlərimiz transformasiya mərhələsindədir və bu, təbii prosesdir. Əvvəlki dövr ərzində Ermənistan və Rusiya arasındakı münasibətlərə təsir edən ən mühüm amil Ermənistan-Azərbaycan münaqişəsi olub. İndi Azərbaycanla sülh əldə etdiyimiz üçün Ermənistanla Rusiya arasındakı münasibətlər də təbii olaraq dəyişəcək. Bizim istəyimiz bu münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsidir”, - Paşinyan deyib.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər