Tarix: 04-02-2022 | Saat: 20:27
Bölmə:Karusel / Region | çapa göndər
Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Türkiyə Respublikasının xarici işlər nazirinin müavini F.Kaymakcının iştirakı ilə məsləhətləşmələr keçirilib.
Qarabaginfo.az Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, məsləhətləşmələrdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri və Qərbi Balkanlarda mövcud vəziyyətin problemləri ətrafında hərtərəfli və səmimi fikir mübadiləsi aparılıb.
Bosniya və Herseqovinadakı vəziyyətə xüsusi diqqət yetirilərək, daxili siyasi vəziyyətin 1995-ci ildə imzalanan Dayton Sazişinin prinsiplərinə uyğun olaraq tezliklə normallaşdırılmasının zəruriliyi vurğulanıb. Bu məqsədlə Rusiya-Türkiyə əməkdaşlığının intensivləşdirilməsi variantları müzakirə edilib.
Kosovoda nizamlanma kontekstində Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi əsasında Belqrad və Priştina tərəfindən həyat qabiliyyətli və qarşılıqlı məqbul həllin əldə edilməsi lehinə təsdiqlənib.(Apa)
Digər xəbərlər