Tarix: 19-09-2026 | Saat: 23:27
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
İran Silahlı Qüvvələri Hörmüz boğazında təşəbbüsü hələ də əlində saxlayır.
Qarabaginfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin baş sözçüsü, general Sərdar Şəkərçi deyib.
O, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) neft tankerlərinin müşayiəti və son iki ay ərzində 1 milyard barel neftin bölgədən çıxarılması ilə bağlı açıqlamasını tənqid edib.
“CENTCOM komandanının neft tankerlərinin müşayiəti və son iki ay ərzində 1 milyard barel neftin çıxarılması ilə bağlı əsassız və gülünc iddiaları reallıqdan daha çox, bölgədə yorulmuş və tükənmiş ABŞ ordusunun hərbçilərinin ruh yüksəkliyini artırmaq, həmçinin ABŞ-ın regiondakı böyük maliyyə və canlı qüvvə itkilərinə haqq qazandırmaq məqsədi daşıyan uğursuz psixoloji əməliyyatdır”, – deyə Şəkərçi bildirib.
İranlı general əlavə edib ki, bu cür açıqlamalar ABŞ ordusunun regiondan çıxması ilə bağlı reallığı dəyişə bilməz.
“Hörmüz boğazında təşəbbüs hələ də İranın güclü silahlı qüvvələrinin əlindədir”, – deyə o vurğulayıb.
Digər xəbərlər

















