Tarix: 18-09-2026 | Saat: 08:44
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropa İttifaqı sentyabrın 18-də Ukraynaya raket və pilotsuz uçuş aparatlarının alınması üçün əlavə 3,3 milyard avro ayıracaq.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra bildirib.
“Sabah Ukraynaya raket və pilotsuz uçuş aparatlarının alınması üçün daha 3,3 milyard avro ayıracağıq”, – fon der Lyayen bildirib.
O, həmçinin Aİ-nin “Ukraine Support Loan” mexanizmi çərçivəsində Ukrayna üçün “Patriot” sistemlərinin maliyyələşdirilməsini təsdiqlədiyini xatırladıb.
Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası Aİ və Ukraynanın birgə müdafiə layihələrinin maliyyələşdirilməsi üçün yeni mexanizmin yaradılmasında SAFE proqramının qalan vəsaitlərindən istifadə etməyə hazırdır.
Brüssel, həmçinin “Freya” adlı birgə ballistik raketlərdən müdafiə sistemi əsasında Avropanın hava və raketdən müdafiə sisteminin hazırlanmasını təklif edir. Layihənin Ukraynanın döyüş təcrübəsi və innovasiyalarını Avropanın texnologiya və sənaye imkanları ilə birləşdirməsi nəzərdə tutulur.
Avropa Komissiyasının rəhbəri ilin əvvəlindən Aİ-nin Ukrayna üçün təxminən 15 milyard avro səfərbər etdiyini də bildirib.
Digər xəbərlər



















