Saytımızı qiymətləndirin


 
 

Heç vaxt qazı olmayan kənd - “Gərək bir inəyini verəsən ki, odun alasan”+Video
Tarix: 27-08-2026 | Saat: 22:09
Bölmə:Karusel / Sosial | çapa göndər

hec-vaxt-qazi-olmayan-kend

İsmayıllı rayonunun Bəhliyan kəndinin sakinləri mavi yanacağın olmamasından əziyyət çəkdiklərini iddia edirlər.

Qarabaginfo.az xəbər verir ki, kənddə vəziyyət o həddə çatıb ki, sakinlər həyətlərindəki meyvə ağaclarını doğrayaraq odun kimi istifadə edirlər.

Bildirilib ki, kənd mövcud olduğu gündən bu günədək təbii qazla təmin olunmayıb.

Sakinlərin əsas tələbi kəndin qısa müddətdə qazlaşdırılmasıdır. Onlar xüsusilə qış aylarında odun tədarükünün ailə büdcəsinə ciddi yük yaratdığını deyirlər.

“Bu yayı birtəhər keçiririk. Kimisi 5, 10, 20, 30 manat verib balon doldurur, beləcə dolanırıq. Amma payız-qış gələndə çox əziyyət çəkirik. Allaha and olsun, oduna 1000 manatdan çox pul çıxır. Müraciət etmişik, amma dediyimiz söz elə söz olaraq qalıb”, – sakinlərdən biri bildirib.

Başqa bir sakin isə odunun qiymətinin yüksək olmasından şikayətlənib:

“Bir maşın odun 700 manata başa gəlir. Gərək bir inəyini verəsən ki, iki maşın odun alasan. Adam var ki, üç maşın yandırır, adam var ki, dörd maşın yandırır. Neçə dəfə icra nümayəndəsinə demişik, baxan yoxdur”.

Daha ətraflı “Baku TV”nin süjetində:



Xəbəri paylaş

61 dəfə oxunub.

Digər xəbərlər