Saytımızı qiymətləndirin


 
 

Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya dair mövqeyini yüksək qiymətləndirib
Tarix: 25-08-2026 | Saat: 18:48
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski, Azərbaycan Prezidenti İlham Əliyev

 

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinin müstəqilliyinin 35-ci ildönümü ilə bağlı təbrikə görə təşəkkür edib.

Qarabaginfo.az xəbər verir ki, Zelenski “X” hesabında Azərbaycan Prezidentinin təbrik məktubunun fotosunu yayımlayıb.

“Cənab Prezident, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyiniz səmimi təbrikə görə təşəkkür edirəm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi hər zaman qəti olub və buna görə biz bunu həmişə yüksək qiymətləndirmişik. Birlikdə, uzun illər ərzində sınaqdan çıxmış iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirir, enerji və təhlükəsizlik sahələrində yeni imkanlar yaradır, ehtiyac yarandıqda isə bir-birimizə yardım əlimizi uzadırıq. Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da daha da möhkəmlənəcək”, - Zelenski vurğulayıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər