Tarix: 25-08-2026 | Saat: 09:40
Bölmə:Karusel / İqtisadiyyat / Dünya | çapa göndər
Doğum səviyyəsinin rekord həddə azalması ilə üzləşən Sinqapur ailələri uşaq sahibi olmağa təşviq etmək üçün genişmiqyaslı maliyyə dəstəyi proqramı hazırlayıb.
Qarabaginfo.az xəbər verir ki, yeni SG Uşaq Dəstəyi Paketi çərçivəsində hər Sinqapur vətəndaşı uşağın doğulduğu andan 17 yaşına qədər ümumilikdə təxminən 70 min Sinqapur dolları, yəni 55 min ABŞ dollarından çox (təxminən 93 min manat) birbaşa maliyyə dəstəyi ala biləcək.
Dəstək ailələrə birdəfəlik təqdim olunmayacaq və uşağın böyümə dövrü ərzində mərhələli şəkildə veriləcək.
Yeni doğulan hər uşaq üçün 10 min Sinqapur dolları məbləğində “Körpə hədiyyəsi” nəzərdə tutulur. Bundan əlavə, uşağın 1 yaşından 16 yaşına qədər hər il 2 min Sinqapur dolları ödəniləcək. Beləliklə, illik ödənişlərin ümumi məbləği 32 min Sinqapur dollarına çatacaq.
Yeni paket üzrə əsas dəstəyin məbləği 62 min Sinqapur dollarına qədər olacaq. Buna mövcud 5 min Sinqapur dollarlıq “MediSave” qrantı və məktəb illərində verilən təxminən 2,5 min Sinqapur dollarlıq “Edusave” dəstəyi də əlavə ediləcək.
Qeyd edək ki, Sinqapurda doğum səviyyəsinin 2025-ci ildə hər qadına 0,87 uşaq təşkil etdiyi bildirilir. Bu göstərici bir il əvvəl 0,97 olub.
Digər xəbərlər


















