Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Tarix: 24-08-2026 | Saat: 16:43
Bölmə:Karusel / Siyasət | çapa göndər
66 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-08-2026 | Saat: 16:43
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.
Qeyd edək ki, bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə özünəməxsus memarlıq həlli ilə seçilir. Abidənin əsas tikinti və bədii tərtibat materialı bişmiş kərpicdir. Tədqiqatçılar burada kərpic hörgüsünün 18 müxtəlif növünü müəyyən ediblər. Ənənəvi olaraq hesab edilir ki, burada Samanilər sülaləsinin banisi və ən görkəmli nümayəndələrindən biri İsmayıl Samani, onun atası və nəvəsi dəfn olunub.
Xəbəri paylaş
Digər xəbərlər
26-04-2021, 10:20
Arif Quliyev koronavirusa yoluxub, vəziyyəti ağırdır
3-11-2021, 17:50
MEDİA məhkəmədə Vüqar Səfərli və digərlərinə qarşı 18 milyon manatlıq mülki iddia qaldırıb
14-04-2023, 17:54
Bu il axtarışda olan 1572 nəfər tutulub
22-03-2022, 08:40
Zelenski Putinlə müzakirəyə hazır olduğunu bildirib
4-09-2025, 19:51
Baş prokurorluq Qazax sakininin ölümü ilə bağlı araşdırmanın nəticələrinə dair məlumat yayıb
16-05-2024, 17:24
Qarabağ Universitetinə mətbuat katibi və işçi axtarılır - VAKANSİYA
3-07-2026, 11:18
Azərbaycanda federasiya rəhbəri daha bir cinayətdə ittiham olunur
8-01-2026, 09:18
Vens: Qrenlandiya raketdən müdafiə üçün vacibdir
17-09-2021, 00:03
SON DƏQİQƏ: Bu yüksəklik Azərbaycana təhvil verildi




















