Saytımızı qiymətləndirin


 
 

İran ordusu Küveytdəki ABŞ bazasına raket zərbəsi endirdiyini açıqlayıb
Tarix: 21-07-2026 | Saat: 07:57
Bölmə:Karusel / Dünya | çapa göndər

İran ordusu Küveytdəki ABŞ bazasına raket zərbəsi endirdiyini açıqlayıb

İran ordusu ABŞ-ın ölkə ərazisinə endirdiyi raket zərbələrinə cavab olaraq Küveytdə yerləşən ABŞ hərbi bazasını hədəfə aldığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, İran Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, "İldırım" əməliyyatının 18-ci mərhələsi çərçivəsində Quru Qoşunları Küveytdəki Ərifcan hərbi bazasında yerləşdirilmiş ABŞ ordusuna məxsus HIMARS raket sistemlərini yer-yer tipli raketlərlə vurub.

Açıqlamada qeyd olunub ki, HIMARS sürətlə yerini dəyişə bilən mobil raket sistemidir və onun məhv edilməsi ABŞ-n hücum və hava hücumundan müdafiə imkanlarına, eləcə də raket potensialına zərbə vurur.

İran tərəfi zərbənin nəticələri barədə əlavə məlumat verməyib. ABŞ və Küveyt rəsmiləri isə hələlik bu iddia ilə bağlı açıqlama verməyib

 



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər