Tarix: 20-07-2026 | Saat: 20:59
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukraya Silahlı Qüvvələri ötən gecə həyata keçirdiyi əməliyyatlar zamanı Rusiyanın"kölgə donanması"na, hava hücumundan müdafiə sistemlərinə və Krımdakı enerji infrastrukturuna zərbələr endirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"na aid 7 gəmi – 3 tanker və 4 yük gəmisi vurulub.
Eyni zamanda, Yalta, Morskoye, Privetnoye, Luçistoye və digər yaşayış məntəqələrində yerləşən 7 enerji qovşağı və elektrik yarımstansiyasına zərbələr endirilib.
Bildirirlir ki, Rusiyanın Yeysk, Primorsko-Axtarsk və Kamışevatsk yaşayış məntəqələrində yerləşən 6 hava hücumundan müdafiə elementi məhv edilib.
Pilostusz Sistemlər Qüvvələrinin məlumatına görə, iyulun 1-dən 20-dək Krım istiqamətində keçirilən əməliyyatlar nəticəsində, 183 "kölgə donanması" gəmisi vurulub (119-u Azov, 64-ü Qara dənizdə), 103 enerji obyekti zərərsizləşdirilib, 25 hava hücumundan müdafiə elementi (12 zenit-raket kompleksi, 12 radar sistemi və 1 radioelektron mübarizə kompleksi) məhv edilib.
Digər xəbərlər




















