Paşinyanın gizli Zəngəzur səfəri barədə iki versiya- Mehri dəhlizi məsələsi, yoxsa?..
Tarix: 21-04-2021 | Saat: 09:46
Bölmə:Karusel / Region | çapa göndər
1315 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-04-2021 | Saat: 09:46
Bölmə:Karusel / Region | çapa göndər
“Sünikə edilən bu səfər yeni həyəcan yaradıb: insanlar narahatdır, bir-birlərinə zəng edir, bu gözlənilməz səfərin səbəblərini müzakirə edirlər...”
Xəbər verildiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan dünən axşam saatlarında gözlənilmədən Sünik mərzinə (Azərbaycanın Zəngəzur mahalının əsas hissəsi-red.) gizli səfər edib.
Maraqlıdır ki, Paşinyandan bir az öncə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də təxminən eyni əraziyə yollanıb. Ondan bir gün öncə gələn Ermənistanın prezidenti Armen Sarkisyan isə həmin vaxt hələ də Sünikdə olub.
Qarabaginfo.az xəbər verir ki, qəsbkar ölkə mediasının yaydığı məlumata görə, erməni hökumət başçısı gecə saatlarındakı Qubadlı rayonu ilə sərhəddəki Şurnuxi kəndində bir neçə evi ziyarət edib və sonra Qafana yollanıb.
Ermənistanda hazırda baş nazirin bu gözlənilməz səfərinin məqsədi üzərində baş sındırırlar.
“Sünikdə sakinlər belə hesab edirlər ki, Ermənistan rəhbərləri ilə ABŞ səfirinin eyni vaxtda bu həssas bölgədə peyda olması təsadüfi deyil. Onların bu ərazilərə gözlənilməz səfərlərinin arxasında hansısa arzuolunmaz maraqlar dayanır"-bir sıra erməni nəşrləri belə yazıb.
“Hraparak” qəzeti isə Paşinyanın məxfi Zəngəzur səfəri haqda iki versiya irəli sürüb.
“Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş içindədir və müxtəlif fərziyyələr irəli sürürlər. Onlardan biri də Paşinyanın sərhəddə gecə saatlarında Azərbaycan tərəfi ilə görüş keçirməyə hazırlaşmasıdır.
Sünikə edilən bu səfər yeni həyəcan yaradıb: insanlar narahatdır, bir-birlərinə zəng edir, bu gözlənilməz səfərin səbəblərini müzakirə edirlər.
Sünikə bu məxfi səfərlə əlaqəli bir neçə versiya dolaşır: ya Paşinyan Mehri dəhlizi məsələsini müzakirə etmək üçün gecə sərhəddə Azərbaycan nümayəndələri ilə gizli görüşmək üçün gəlib. Yaxud baş nazir bir neçə selfi çəkdirməyə, mitinqlər, görüşlər imitasiyası yaratmağa, bunları seçki kampaniyası çərçivəsində Süniklə əlaqəli dövlət proqramlarını hazırlayırmış kimi təqdim etməyə və gizlicə gəldiyi kimi də bölgədən gizlicə qaçmaq üçün gəlib” – erməni qəzeti belə yazır. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
12-06-2024, 12:18
Gəncədə naməlum şəhid kimi dəfn edilmiş, 31 il sonra kimliyi müəyyən olunan Hafiz Məmmədovun məzarı abadlaşdırılıb - FOTO
6-05-2024, 20:18
Lavrov Serbiyanın XİN və DİN başçıları ilə Kosovo ətrafındakı vəziyyəti müzakirə edib
12-02-2022, 22:39
Bayden: "ABŞ Rusiya ilə həm diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır"
19-02-2022, 13:49
Kreml NATO-nun Baş katibinə cavab verib
11-08-2020, 10:58
Oğuza istirahətə gedənlər cərimələnib
5-02-2024, 14:55
Pensiya artımları nə zaman veriləcək?
19-05-2022, 17:40
Bu il 4 ayında 332 min manata yaxın əmək haqqı gecikdirilib
29-12-2022, 11:53
Çavuşoğlu: Azərbaycan-Türkiyə münasibətləri zirvədədir
1-10-2022, 11:47
Prezident İlham Əliyev Rumıniyanın Baş naziri ilə görüşüb