Saytımızı qiymətləndirin


 
 

Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilir
Tarix: 01-02-2021 | Saat: 17:24
Bölmə:Karusel / Sosial | çapa göndər

Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilir

Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma qaydalarının pozulmasına  görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

 

Qeyd edək ki, dayanma və ya durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. APA



Xəbəri paylaş

1320 dəfə oxunub.

Digər xəbərlər