Saytımızı qiymətləndirin


 
 

Yaşayış icazəsinə görə saxta nikaha daxil olan əcnəbilər Gürcüstandan çıxarılacaq
Tarix: 01-07-2026 | Saat: 13:23
Bölmə:Karusel / Region | çapa göndər

Yaşayış icazəsinə görə saxta nikaha daxil olan əcnəbilər Gürcüstandan çıxarılacaq

Bu gündən etibarən Gürcüstanda xarici ölkə vətəndaşları ilə bağlı qanun düzəlişləri qüvvəyə minib.

Qarabaginfo.az xəbər verir ki, bundan sonra yaşayış icazəsi almaq məqsədilə saxta nikaha daxil olan əcnəbi Gürcüstandan çıxarılacaq və 2 ildən 10 ilədək müddətə ölkəyə giriş qadağası qoyulacaq.

Gürcüstan vətəndaşlarına əcnəbi ilə saxta nikaha görə isə iki ilədək həbs cəzası tətbiq olunacaq. Bu ilin oktyabrın 1-dək saxta nikahı ləğv edəcək şəxslər cinayət məsuliyyətinə cəlb olunmayacaqlar. Nikahın saxta və ya həqiqi olduğunu xüsusi komissiya qiymətləndirəcək.

Digər qanunvericilik dəyişikliyinə görə, cəzasının müəyyən hissəsini çəkmiş Gürcüstanda həbsdə olan xarici ölkə vətəndaşları, xüsusilə ağır cinayət törətmiş əncəbilər istisna olmaqla, cəzalarının yüngülləşdirilməsi üçün müraciət edə biləcəklər. Belə hallarda həmin şəxslər cəzalarının çəkilməmiş hissəsinə bərabər müddətə Gürcüstandan çıxarılacaqlar.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər