Saytımızı qiymətləndirin


 
 

Bakıda avtomobil aşdı - Ölən var
Tarix: 31-03-2023 | Saat: 10:17
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda avtomobil aşdı - Ölən var

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. 

Qarabaginfo.az xəbər verir ki, qəza Maştağa qəsəbəsində qeydə alınıb. 

2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobillə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb. 

Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb. 

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. 

Hazırda qəzanın dəqiq səbəbləri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. 



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər
19-03-2022, 20:16 Tayvanda zəlzələ olub