Saytımızı qiymətləndirin


 
 

Peskov: Lukaşenko Zelenskinin Putinə heç bir mesajını çatdırmayıb
Tarix: 29-06-2026 | Saat: 14:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

Dmitri Peskov

 

Kremlin Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli ilə bağlı Kremlin mövqeyi iki il əvvəl Prezident Putin tərəfindən müəyyən edilib.

Peskov vurğulayıb ki, bu mövqe Kiyev tərəfinə, amerikalı danışıqçılara yaxşı məlumdur və olduqca ardıcıldır.

Kremlin sözçüsü Kiyevlə kommunikasiya kanallarının münaqişənin həlli üzərində işləməsi üçün kölgədə qalmalı olduğunu vurğulayıb.

Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna Prezidenti Volodimir Zelenskinin Putinə heç bir mesajını çatdırmadığını da qeyd edib.

O əlavə edib ki, Zelenskinin açıqlamalarının emosional tonunu Kreml qiymətləndirməməlidir: "Zelenskinin çıxışlarının isterik tonunu ekspertlər qiymətləndirməlidir".



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər
24-02-2021, 18:59 Faktiki hava açıqlanıb