Saytımızı qiymətləndirin


 
 

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib
Tarix: 25-06-2026 | Saat: 07:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa Şurası Parlament Assambleyası Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib.

AŞPA-nın 83 deputatı qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

Qətnamə layihəsində qeyd olunur ki, Gürcüstanda demokratik geriləmə, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və fərqli düşüncəyə qarşı təzyiqlər azalmır.

“Gürcüstanda demokratiyanın davam edən çöküşü və assambleyanın bu məsələni həll etmək üçün tövsiyələrinə cavab verilməməsi hökumətin Gürcüstanın üzvlük öhdəliklərini yerinə yetirməyə və Avropa Şurasına qoşulmağa hazırlığına ciddi şübhələr yaradır”, – deyə sənəddə deyilir.



Xəbəri paylaş

65 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 07:14Bu gün Aşuradır