Saytımızı qiymətləndirin


 
 

Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi
Tarix: 25-01-2026 | Saat: 22:25
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Trampın Ankoricdə Rusiyaya səfər etməsi üçün dəvət aldığı bildirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov açıqlama verib.

“Əlbəttə, Ankoricdə Prezident Trampa Rusiya Federasiyasına səfər etmək üçün dəvət edilib”, – deyə diplomat, Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra növbəti görüşün Moskvada keçirilməsini təklif etməsi ilə bağlı fikirləri şərh edərkən bildirib.

Ryabkov əlavə edib ki, həmin ideya o vaxtdan bəri praktiki inkişaf mərhələsinə keçməyib.

“Rusiya və ABŞ prezidentlərinin təmasları üçün digər platformalar məsələsində də mövqeyimiz qətidir: əvvəlcə məzmun tərəfi, sonra isə görüşün keçiriləcəyi yer barədə razılaşma”, – deyə XİN başçısının müavini vurğulayıb.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər
18-07-2023, 12:25 Bir avro 30 lirəni keçdi