Tarix: 12-06-2026 | Saat: 07:02
Bölmə:Karusel / Dünya | çapa göndər
Böyük Britaniyada hökumətin müdafiə xərcləri planı ətrafında yaranan narazılıq iki yüksəkvəzifəli rəsmisinin istefası ilə nəticələnib.
Qarabaginfo.az xəbər verir ki, müdafiə naziri Con Hilinin ardından silahlı qüvvələr naziri Al Karns da vəzifəsindən getdiyini bəyan edib. Karns istefa məktubunda bildirib ki, hökumət silahlı qüvvələrdən getdikcə daha təhlükəli dünyada fəaliyyət göstərməyi tələb edir, lakin bunun üçün ayrılan büdcə daha sakit dövrlərin reallıqlarına uyğun hazırlanıb.
Con Hili isə Baş nazir Kir Starmerə ünvanladığı məktubda qarşıdan gələn müdafiə investisiyası planının ölkənin və müdafiə sektorunun üzləşdiyi təhlükələrə adekvat cavab vermədiyini bildirərək vəzifəsindən ayrıldığını açıqlamışdı.
Dauninq Stritin məlumatına görə, təhlükəsizlik naziri Den Carvis yeni müdafiə naziri təyin edilib.
Digər xəbərlər

















