İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı Əl-Əzraq hava bazasına uğurlu zərbələr endirdiyini və ABŞ qırıcı təyyarələrinin məhv edildiyini açıqlayıb.
Qarabaginfo.az bildirir ki, bu barədə Tasnim Agentliyi məlumat yayıb.
“SEPAH Aerokosmik Qüvvələri 12 ballistik raketdən istifadə edərək ABŞ-ın F-35, F-15 və F-16 qırıcı təyyarələrinin yerləşdirildiyi yerləri, eləcə də Əl-Əzraq hava bazası və Komandanlıq Mərkəzindəki əsas ABŞ hərbi obyektlərini vuraraq bu obyektləri və çox sayda qırıcı təyyarəni məhv etdi”, – deyə açıqlamada bildirilir.



















