Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda yeni neft emalı zavodu tikiləcək –Nazir tikintinin müddətini açıqladı
Tarix: 11-06-2026 | Saat: 09:41
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərbaycanda yeni neft emalı zaovu tikiləcək.

Qarabaginfo.az bildirir ki bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya və AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bir müddət bundan öncə ən böyük sərmayə tutumlu layihəsi olan yeni neft emalı zavodunun tikintisi barədə müvafiq qərar razılaşdırılıb və qəbul olunub: “Bu nöqteyi-nəzərdən biz təxminən 5-6 il ərzində layihənin başa çatdırılmasını gözləyirik. Bu, tam müasir və artıq belə demək olarsa, günümüzün tələblərinə cavab verən neft emalı zavodu olacaq”

M.Cabbarov bildirib ki, burada söhbət yalnız sənaye və ekoloji standartlardan deyil, həm də biznes model baxımından müasir tələblərə uyğunluqdan gedir: “Zavod maye yanacaq məhsulları ilə yanaşı, neft-kimya məhsullarının yeni nəslini də istehsal edəcək. Hazırda müvafiq hökumət komissiyasının əlaqələndirməsi ilə bu layihənin dövlətin dəstəyi ilə SOCAR tərəfindən həyata keçirilməsinə başlanılıb”.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər
5-12-2021, 22:28 Xəzərdə zəlzələ olub