Tarix: 10-06-2026 | Saat: 19:53
Bölmə:Karusel / Siyasət | çapa göndər
Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qarabaginfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına Albaniya xalqı adından və öz adımdan ən səmimi təbriklərimi, davamlı sülh, tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.
Albaniya Azərbaycanla dostluq münasibətlərini və ölkələrimiz arasında güclənən tərəfdaşlığı yüksək qiymətləndirir. Qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan münasibətlərimiz əlaqələrin daha da möhkəmlənməsinə sadiqliyimizi əks etdirərək davamlı şəkildə inkişaf edir. Zati-alinizin bu tərəfdaşlığın dərinləşməsində mühüm rol oynayan liderliyini təqdir edirəm.
Əminəm ki, Sizin rəhbərliyinizlə Albaniya ilə Azərbaycan arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə enerji, turizm və infrastruktur da daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yeni yollar açaraq möhkəmlənməkdə davam edəcək.
Zati-aliləri, Sizə və ailənizə ən xoş arzularımı bildirir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Digər xəbərlər


















