Saytımızı qiymətləndirin


 
 

Dövlət Dumasının deputatı Vitalı Milonovun Azərbaycan əleyhinə açıqlamalarının arxasında hansı məqamlar dayanır? - ARAŞDIRMA
Tarix: 26-01-2021 | Saat: 22:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

Dövlət Dumasının deputatı Vitalı Milonovun Azərbaycan əleyhinə açıqlamalarının arxasında hansı məqamlar dayanır? - ARAŞDIRMA

44 günlük müharibənin ilk günlərində Dağlıq Qarabağa səfər edərək Azərbaycan əleyhinə bəyanatlar səsləndirən Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov yenə sərsəm bəyanatları ilə gündəmə gəlib. Qarabağın Azərbaycan tərəfindən azad olunmasını özünün şəxsi faciəsi adlandıran rusiyalı parlamentari deputat statusunu unudaraq Bakı-Moskva münasibətlərinə xələl gətirən açıqlamalar verib. Milonovun Azərbaycan əleyhinə açıqlamalarının arxasında hansı məqamlar dayanır? Bu ilin payızında Rusiyada keçiriləcək parlament seçkiləri ilə Milonovun anti-Azərbaycan mövqeyi arasında hansı əlaqə var? 

Qarabaginfo.az xəbər verir ki, APA-nin Moskva müxbiri suallara cavab tapmağa çalışıb. 

Zatulinin yeni silahdaşı Milonov...

Rusiyanın siyasi istebleşmentində Azərbaycana qarşı ermənilər tərəfindən pulla satin alınan siyasətçiləri hər kəs tanıyır. Uzun illər Dövlət Dumasında Ermənistanın təbliğat ruporu olan Konstantin Zatulinin indi daha bir silahdaşı meydana çıxıb. Bu Zatulinin partiyadaşı olan Vitali Milonovdur. Uzun illər Zatulin vasitəsi ilə Rusiya cəmiyyətinə təsir etməyə cəhd edən erməni lobbisi indi daha bir deputatı pulla satın alaraq Azərbaycanın əleyhinə təbliğata cəlb edib. Dumada Sank-Peterburq şəhərindən iqtidarda olan “Vahid Rusiya” partiyasını təmsil edən Milonov hələ 44 günlük müharibənin ilk günlərində işğal altındakı torpaqlarımıza qanunsuz səfər edərək Xankəndində Azərbaycan əleyhinə bəyanatlar səsləndirmişdi. Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota vermiş, məlum deputatın adı arzuolunmaz şəxslərin siyahısına əlavə olunmuşdu. Rəsmi Bakının qara siyahısında olan Milonov 44 günlük Qarabağ savaşında Azərbaycan ordusunun zəfərini həzm edə bilmədiyi üçün indi də təxribatlarını törətməkdə davam edir. Ermənsitan mediasına müsahibəsində Dağlıq Qarabağı vətəni adlandıran rusiyalı deputat Azərbaycanın qələbəsini özü üçün böyük ağrılı faciə hesab etdiyini bildirib. Azərbaycan dövləti və xalqına qarşı qəbuledilməz fikirlər səsləndirən rusiyalı parlamentari məlum müsahibəsində bir sıra etiraflar da edib. O, müharibə zamanı Dağlıq Qarabağda olarkən Ermənistan siyasətçilərinin verdiyi vədlərin və bəyanatların reallıqdan uzaq olduğunu söyləyib.

Deputat Aleksey Juravlyov: “Milonovun Dumanın deputatı kimi bu cür bəyanatlar səsləndirməyə heç bir hüququ yoxdur”

Rusiya Dövlət Dumasınınd deputatı Aleksey Juravlyov APA-ya açıqlamasında həmkarının bu cür bəyanatlar səsləndirmək hüququ olmadığını söyləyib: “Hesab edirəm ki, Milonovun bəyanatları Rusiya-Azərbaycan dostluq münasibətlərinə xələl gətirə bilməz. Azərbaycan xalqının bu cür bəyanatlara reaksiyasını yaxşı başa düşürəm. Milonovun bəyanatı nəyinki Rusiya xalqının, əlbəttə ki, hakimiyyətinin də mövqeyini əks etdirmir. Bu, onun şəxsi mövqeyidir, hansı ki, tamamilə yalnışdır. O, Rusiya Dövlət Dumasının deputatı kimi öz məsuliyyətini başa düşməlidir. Əminəm ki, Azərbaycan bütün beynəlxalq müqavilələr çərçivəsində özünü düzgün aparıb. Ona görə də, Milonovun, ozü də Dövlət Dumasının deputatı kimi bu cür bəyanatlar səsləndirməyə heç bir hüququ yoxdur”.

Juravlyovun fikrincə, Rusiyanın Azərbaycanla münasibətləri hər şey baxmayaraq inkişaf edib və bundan sonra da inkişaf edəcək: “Azərbaycan hər zaman Rusiyaya münasibətdə dost-qardaş dövlət olub və belə də qalacaq. Biz Rusiya Dövlət Dumasının əsas deputat korpusu olaraq və Rusiya vətəndaşı kimi bunu ancaq alqışlayacağıq”.

“Milonovun əsas məqsədi erməni lobbisinin maliyyəsi və islamafob əhval ruhiyyənin hesabına yenidən Dumaya düşməkdir”   

Rusiya Dövlət Dumasının V cağırış deputatı olmuş Sergey Markov isə APA-ya açıqlamasında Vitali Milonovun anti-Azərbaycan mövqeyindən çıxış etməsinin bir sıra səbəbləri olduğunu açıqlayıb:  

“Milonov niyə görə bu bəyanatı səsləndirib? Bunun bir sıra səbəbləri var. Birincisi onun əsli İrəvandandır. Hətta orada qohumları da yaşayır. Ən başlıcası isə, o radikaldır. O, növbəti dəfə Dövlət Dumasına üzv seçilməyə səy göstərir. Hazırda isə biz erməni lobbisinin Rusiyada ermənipərəst təbliğatçıları çoxaltmaq səylərini müşahidə edirik. Erməni lobbisinin məqsədi Dövlət Dumasının növbəti çağırışında Azərbaycana münasibətdə dost olan siyasətçilərin deyil, məhz qatı ermənipərəstlərin təmsil olunmasını təmin etməkdir. Ona görə də Milonov bu məqsədlə öz gələcək seçki kampaniyası üçün bücdə qazanmaq fikrindədir. Azərbaycanın əleyhinə fikirlər səsləndirməsinin əsas məqsədi məhz budur: erməni lobbisinin maliyyəsi və islamafob əhval ruhiyyənin hesabına yenidən Dumaya düşməkdir. Fikrimcə, Rusiyalı dövlət xadimi üçün bu tamamilə yolverilməzdir. Düşünürəm ki, “Vahid Rusiya” Partiyasının rəhbərliyi onun bu mövqeyi ilə bağlı sərt bəyanat verəcək” 

Sergey Markovun qənaətincə, Milonovun açıqlamaları Moskva-Bakı münasibətlərinə zərbə vura bilməz: “Bununla belə, onun bəyanatları mühakimə olunmağa layiqdir. Çünki Milonovun səsləndirdiyi fikirlər heç bir tərbiyəyə sığmır. Rusiyanın dost tərəfdaşına, müttəfiqi olan Azərbaycana qarşı bu cür ittihamlar heç bir çərçivəyə yerləşmir. Düşünürəm ki, Vahid Rusiya Partiyasının rəhbərliyi onun bu mövqeyi ilə bağlı sərt bəyanat verəcək. Kiməsə Ermənistanı sevmək qadağan oluna bilməz. Bu, həmin adamların qanuni haqqıdır. Lakin iqtidarda olan partiyadan olan deputatın ölkəsinin müttəfiqi olan Azərbaycanı təhqir etməyə haqqı yoxdur. Əminəm ki, Milonovun bəyanatları Rusiyanın və ölkə prezidentinin mövqeyini əks etdirmir”.

Deputat Dmitri Savelyev: “Bir neçə ay bundan öncə Dağlıq Qarabağda olan Milonov Azərbaycan kəndlərinin necə dağıdıldığı, müsəlman qəbiristanlıqlarının təhqir olunduğu və məscidlərin donuzxanalara çevrildiyi barədə çox şey danışa bilərdi, ancaq o, öz maraqlarını güdərək qaranı ağ adlandırmağa üstünlük verib”

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının Liberal Partiyasından olan deputatı Dmitri Savelyev APA-ya açıqlamasında həmkarı Milonovun məlum müsahibəsini normal Rusiya siyasətçisində ən azı çaşqınlıq yaradacağını bildirib: “Həmin normal Rusiya siyasətçisinin növbəti reaksiyası isə qəzəb olmalıdır.

Milonov şübhəli populyarlıq qazanarkən, şou biznesi ilə qalmaqallara qatılarkən və ya Darvin nəzəriyyəsinin qadağan edilməsi və embriona mülki hüquqların verilməsi tələbləri kimi absurd qanunvericilik təşəbbüsləri ilə çıxış edərkən, bu, gülməli siyasi dolandırıcılıq kimi qəbul edilirdi, bundan artığı yox idi. Lakin indi Milonovun çıxışları ciddi xarici siyasət məsələlərinə toxunaraq ciddi müstəviyə keçib. Şəxsən mən deputatın Azərbaycanın ünvanlarına hücumlarını onun informasiya müharibəsində iştirakı kimi qəbul edirəm, özü də Rusiyanın tərəfində yox...Rusiyanın rəsmi mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan aqressor deyil. Rusiya-Azərbaycan münasibətləri isə strateji tərəfdaşlıq xarakteri daşıyır. Buna diametral şəkildə zidd olan Milonovun propaqandaçı bəyanatlarını ölkələrimiz arasında olan əməkdaşlığı qarşıq-qarıya qoymaq cəhdi kimi qiymətləndirmək olar, hansı ki, bu yolverilməzdir.

Milonov müsahibəsində Azərbaycan prezidentini "Heydər Əliyevin oğlu" adlandırır, bu arada İlham Əliyev şəxsən ölkəsinin beynəlxalq statusunu möhkəmləndirmək, iqtisadiyyatını yüksəltmək, Qarabağ problemini həll etmək və Rusiya ilə konstruktiv əlaqələr qurmaq üçün çox şey edib. Vladimir Putinlə İlham Əliyev arasındakı isti münasibətlər ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsində ən vacib amillərdən biridir və heç kimin bu mövzunu aşağılamaq üçün müzakirə etmək hüququ yoxdur.  

Milonov tərəfindən səslənən keyfiyyətisz ifadələr isə biz dost, sülhpərvərliyi və dözümlülüyü ilə məşhur olan xalq üçün amansız təhqirdir. Bir neçə ay bundan öncə Dağlıq Qarabağda olan Milonov Azərbaycan kəndlərinin necə dağıdıldığını, təhqir olunmuş müsəlman qəbiristanlıqları və məscidlərin donuzxanalara çevrildiyi barədə çox şey danışa bilərdi, ancaq o, öz maraqlarını güdərək qaranı ağ adlandırmağa üstünlük verib”,-deyə rusiyalı deputat vurğulayıb. 

“Milonovun bəyanatları Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü öncəsi Dağlıq Qarabağda sülhü möhkəmləndirmək üçün atılan addımalara qarşı yönəlmiş təxribatdır”

D. Savelyev onu da bildirib ki, Milonov Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin üzvüdür və bu da ona heç bir şəkildə bu cür ciddi məsələlər barədə öz qeyri-rəsmi şəxsi fikrini bildirmə hüququ vermir, özü də bu cür təhqiedici formada: “Deputat Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin görüşü öncəsi bəyanat verir, hansı ki, bu görüşdə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası, o cümlədən Azərbaycanla Naxçıvanı, Ermənistanla Rusiyanı birləşdirəcək dəmiryolunun inşaası müzakirə olunacaq. Bu əsasda deputat Milonovun təlqinlərini xalqlar arasında düşmənçiliyi qızışdırmağa və ölkələrimizin Dağlıq Qarabağda sülhü möhkəmləndirmək üçün atdıqları addımları pozmağa yönəlmiş bir təxribat kimi qəbul etməmək olmaz. Əminəm ki, Dövlət Dumasının deputatları Milonovun misantropik (insanlığa nifrət dolu) açıqlamalarına sərt qiymət verəcək”, - deyə Dmitri Savelyev xüsusi ilə qeyd edib.

Rusiyalı parlamentarilərin fikrincə, Milonovun açıqlamaları Moskva-Bakı münasibətlərinə zərbə vura bilməz. Bununla belə, onun bəyanatları mühakimə olunmağa layiqdir. Çünki onun səsləndirdiyi fikirlər, Rusiyanın dostu və strateji tərəfdaşı olan Azərbaycana qarşı bu cür ittihamları heç bir çərçivəyə sığmır. Qarşıdakı parlament seçkilərində erməni lobbisinin maddi dəstəyinə ümid edən Milonovun barəsində “Vahid Rusiya” Partiyasının tədbir görməsi isə mütləq lazımdır. 



Xəbəri paylaş

2386 dəfə oxunub.

Digər xəbərlər