Saytımızı qiymətləndirin


 
 

İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb
Tarix: 27-05-2026 | Saat: 17:07
Bölmə:Karusel / Region | çapa göndər

İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb

İran dövlət televiziyası İran və ABŞ arasında mümkün anlaşma memorandumunun qeyri-rəsmi çərçivə sənədinin mətnini yayıb.

Qarabaginfo.az-ın məlumatına görə, sənədə əsasən, bir ay ərzində Hörmüz boğazında normal gəmiçiliyin bərpa olunması nəzərdə tutulur.

Sənədə görə, ABŞ İranın dəniz blokadasının aradan qaldırılmasına dair öhdəlik götürüb. Bunun müqabilində İran bir ay ərzində ticarət gəmilərinin keçid sayını müharibədən əvvəlki səviyyəyədə bərpa etməyi öhdəsinə götürüb.

Bu razılaşmanın hərbi gəmilərə şamil edilmədiyi bildirilib.

Məlumata əsasən, gəmilərin idarə olunması və hərəkət marşrutu İran və Omanla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. ABŞ isə öz hərbi qüvvələrinin İranın ətrafından çıxarılacağına dair zəmanət verib.

Sənəddə həmçinin qeyd olunub ki, 60 günlük müddət ərzində yekun razılaşma əldə olunarsa, bu saziş BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcək.

O da qeyd edilib ki, İslamabad çərçivəsi hələ yekunlaşmayıb və İran tərəfindən təsdiq olmadan heç bir addım atılmayacaq.



Xəbəri paylaş

16 dəfə oxunub.

Digər xəbərlər