Saytımızı qiymətləndirin


 
 

Makron Hörmüz boğazının blokadasının aradan qaldırılmasına çağırıb
Tarix: 07-05-2026 | Saat: 08:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransa Prezidenti Emmanuel Makron

 

Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı apardığını açıqlayıb.

Fransa lideri bu barədə X sosial şəbəkəsində yazıb.

Makron bildirib ki, söhbət zamanı regionda gərginliyin artması ilə bağlı ciddi narahatlığını ifadə edib və BƏƏ-də mülki infrastruktura, eləcə də bir neçə gəmiyə edilən hücumları pisləyib.

“Bütün tərəflər heç bir gecikmə və şərt olmadan Hörmüz boğazının blokadasını aradan qaldırmalıdır. Münaqişədən əvvəl mövcud olan tam gəmiçilik azadlığı rejiminə uzunmüddətli şəkildə qayıtmaq lazımdır”, – deyə Makron vurğulayıb.

Fransa Prezidenti bildirib ki, Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək beynəlxalq missiya neytral xarakter daşıya və gəmi sahibləri ilə sığorta şirkətlərinin etimadını bərpa edə bilər.

Makron əlavə edib ki, “Şarl de Qoll” aviadaşıyıcısının əvvəlcədən Qırmızı dənizdə yerləşdirilməsi də bu kontekstdə həyata keçirilib. O, məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə etmək niyyətində olduğunu vurğulayıb.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər