Saytımızı qiymətləndirin


 
 

Zelenski Aİ-ni Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb
Tarix: 20-04-2022 | Saat: 19:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

Zelenski Aİ-ni Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb

"Biz Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketini qəbul etməsini istəyirik".

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə Kiyevdə keçirdiyi mətbuat brifinqində deyib.

"İstəyirik ki, Rusiyanın bütün bankları SWIFT-dən çıxarılsın, Rusiya hökumətinə məxsus bütün maliyyə hesabları dondurulsun və bu vəsaitlər müharibədən sonra Ukrayna şəhərlərinin yenidədn qurulması üçün yönləndirilsin. Biz istəyirik Rusiyanın qaz və neftinə qarşı embarqo tətbiq edilsin", Zelenski vurğulayıb.

Ukrayna lideri deyib ki, onun ölkəsinin hərbi dəstəyə ehtiyacı var: "Bizim üçün silah təchizatı vacibdir biz bütün silahları istəmirik, o silahları istəyirik ki, bizim ona ehtiyacımız var. Bu hərbi texnikalarla bizim silahlı qüvvələrimiz bizim şəhərlərimiz qoruyacaq".

Prezident Zelenski Aİ-yə üzvlüklə bağlı anketə də toxunub. Bildirib ki, Ukrayna bu anketdəki bütün sualların hamısına cavab verib: "Biz yaxın günlərdə bununla bağlı Aİ-də müzakirələrin keçiriləcəyini gözləyirik. Biz Aİ-dən və üzv ölkələrdən dəstək gözləyirik. Hazırkı zamanda ən vacib olan addım atmaqdır".



Xəbəri paylaş

1213 dəfə oxunub.

Digər xəbərlər
10-03-2022, 00:42 Kuleba da Antalyaya getdi