Saytımızı qiymətləndirin


 
 

BQXK daha 17 ermənini Qarabağa qaytardı
Tarix: 30-01-2023 | Saat: 17:02
Bölmə:Karusel | çapa göndər

BQXK daha 17 ermənini Qarabağa qaytardı

 

30 yanvar tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi rolunda çıxış edərək, 19 nəfərin Ermənistana, 17 nəfərin isə Ermənistandan Laçın dəhlizi ilə keçərək ailələrinə qovuşmasına yardımçı olub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. 


Bildirilib ki, ümumilikdə, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK 36 nəfərin Ermənistana, 59 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələrinə qovuşmasına yardımçı olub.

 

"Biz gələcəkdə də tərəflərin və ailələrin razılığı və onlarla müzakirələrin nəticəsində, ailə qovuşmalarına neytral vasitəçi olaraq dəstək verməyə hazırıq. BQXK bu müddət ərzində humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 17 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 57 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müasisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb. Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq", - qurum rəsmisi vurğulayıb.



Xəbəri paylaş

131 dəfə oxunub.

Digər xəbərlər