Saytımızı qiymətləndirin


 
 

Minlərlə insan yaşayırdı, birdən-birə tərk edildi - Fotolar
Tarix: 07-05-2026 | Saat: 08:04
Bölmə:Karusel / Dünya | çapa göndər

minlerle-insan-yasayirdi-birden-bire-terk-edildi

Haşima adası bir vaxtlar minlərlə insanın yaşadığı, bu gün isə tamamilə tərk edilmiş sənaye adası kimi tanınır.

Qarabaginfo.az xəbər verir ki, Yaponiya sahillərində yerləşən və uzaqdan döyüş gəmisinə bənzədiyi üçün “Döyüş gəmisi adası” adlandırılan Haşimada keçmişdə kömür mədənləri fəaliyyət göstərib.

Ən aktiv dövründə adada təxminən 5300 nəfər yaşayırdı və bu göstərici onu dünyanın ən sıx məskunlaşmış ərazilərindən birinə çevirirdi.

Adada yalnız mədənlər deyil, həm də yaşayış binaları, məktəblər, xəstəxana və mağazalar mövcud idi. Burada ailələr yaşayır, uşaqlar təhsil alır, işçilər isə yeraltı mədənlərdə çalışırdı.

Lakin Yaponiyanın enerji siyasətində kömürdən neftə keçidi adanın taleyini dəyişib. 1974-cü ildə mədənlərin bağlanmasından sonra əhali adanı tərk edib və Haşima qısa müddətdə boş qalıb.

Bu gün ada külək və duzlu dəniz suyunun təsiri ilə aşınmış beton binaları ilə xarabalıq vəziyyətindədir. Haşima hazırda dünyanın ən məşhur tərk edilmiş məkanlarından biri hesab olunur.

2009-cu ildən etibarən ada məhdud şəkildə turizm üçün açılıb. Ziyarətçilər yalnız müəyyən edilmiş marşrutlar üzrə hərəkət edə bilir, təhlükəsizlik səbəbindən bir çox tikiliyə giriş isə qadağan edilib./Qafqazinfo













 



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər
21-05-2022, 15:10 Foden ən yaxşı seçildi