Saytımızı qiymətləndirin


 
 

Simonyan Belarus XİN-in etiraz notasından danışıb: Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Tarix: 06-05-2026 | Saat: 13:29
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan parlamentinin spikeri Alen Simonyan

 

Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək və Belarus kimi idarə olunmayacaq.

Ermənistan mediasının xəbərinə görə, bu barədə parlamentin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

“Ermənistan quberniya olmayacaq, siyasi asılılıqda olmayacaq, suverenliyini artıracaq. Belarus idarəçilik modeli mənim üçün, mənim ölkəm üçün qəbuledilməzdir”, - Simonyan qeyd edib.

Simonyan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistana qarşı hörmətsiz münasibətin Belarusla əlaqələrə mənfi təsir etdiyini” vurğulayıb.

Qeyd edək ki, ötən gün Belarus Xarici İşlər Nazirliyi Ermənistanın müvəqqəti işlər vəkili Artur Sargsyanı nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. Məlumata görə, buna səbəb kimi Ermənistan tərəfinin son “dost olmayan addımları” göstərilib. Rəsmi Minsk xüsusilə Simonyanın Belarusla bağlı son açıqlamalarına etiraz edib.



Xəbəri paylaş

64 dəfə oxunub.

Digər xəbərlər