Saytımızı qiymətləndirin


 
 

Gürcüstan XİN Avropa Parlamentini dezinformasiya tirajlamaqda ittiham edib
Tarix: 05-05-2026 | Saat: 22:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

Gürcüstan XİN Avropa Parlamentini dezinformasiya tirajlamaqda ittiham edib

“Avropa Parlamentində Gürcüstanla bağlı qəbul olunan sənəd reallıqdan tamamilə uzaqdır. Sənəd faktların qəsdən təhrif edilməsi, absurd ittihamlar və məlumatların manipulyasiyası yolu ilə dezinformasiya tirajlayır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, Avropa İttifaqı institutlarının Gürcüstan dövlətinə qarşı məqsədyönlü hücumlar üçün istifadə edilməsi narahatlıq doğurur.

"Hesabat Gürcüstan cəmiyyətində qütbləşmənin gücləndirilməsinə, demokratik yolla seçilmiş hakimiyyəti xalqdan ayırmağa, həmçinin antidemokratik proseslərin və radikal əhval-ruhiyyənin təşviqinə növbəti cəhddir. Gürcüstan cəmiyyətinin ünvanına şantaj və təhdidlər qəbuledilməzdir. Bu, ölkənin daxili işlərinə qarışmaqdır və istənilən suveren dövlətin əsaslanmış narahatlığına səbəb olur", - bəyanatda deyilir.

Sənəddə vurğulanıb ki, Avropa İttifaqı institutlarının ədalətsiz yanaşması Gürcüstanla Aİ arasında münasibətləri sarsıdır və ümumi maraqlara zərər vurur.

Qeyd edək ki, bu gün Avropa Parlamentinin Xarici əlaqələr üzrə komitəsi Gürcüstanla bağlı hesabata səs verib. Sənəd Avropa Komissiyasının 2025-ci ildə qəbul etdiyi hesabatın əsasında hazırlanıb.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər