Saytımızı qiymətləndirin


 
 

IMF: Yüksək enerji qiymətləri Azərbaycandə CƏB-in profisitini və ARDNF-in ehtiyatlarını artıracaq
Tarix: 30-04-2026 | Saat: 17:31
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

IMF: Yüksək enerji qiymətləri Azərbaycandə CƏB-in profisitini və ARDNF-in ehtiyatlarını artıracaq

Enerji qiymətlərinin artması hesabına 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar balansında profisitin artacağı gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirməsində qeyd olunub.

Bildirilib ki, yüksək neft qiymətləri fonunda Dövlət Neft Fondunun ehtiyatları da artmaqda davam edəcək.

Məlumata görə, 2026-cı ildə ÜDM-in 2,1% artacağı proqnozlaşdırılır. Bu artım əsasən qeyri-neft sektorunun hesabına olacaq. Belə ki, qeyri-neft iqtisadiyyatında artımın 3,7%-ə çatacağı, daha sonra isə 3,5% ətrafında sabitləşəcəyi gözlənilir.

Ümumi iqtisadi artım orta müddətdə təxminən 2,5% səviyyəsində qalacaq.

IMF qeyd edir ki, iqtisadi artıma müəyyən dəstək fiskal siyasətin nisbətən yumşaldılması və Yaxın Şərqdəki müharibə fonunda enerji qiymətlərinin artması ilə bağlıdır.

Fondun proqnozuna görə, 2026-cı ilin sonuna ölkədə inflyasiya 6% təşkil edəcək.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər