Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın daha 2 güləşçisi Avropa çempionu olub
Tarix: 26-04-2026 | Saat: 23:48
Bölmə:Karusel / İdman | çapa göndər

Azərbaycanın daha 2 güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında daha 5 medal qazanıblar.

Qarabaginfo.az xəbər verir ki, yarışın son günündə Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) Avropa çempionu olublar. Turan Bayramov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) finalda məğlub olaraq gümüş mükafata sahib çıxıblar.

Nürəddin Novruz (61 kiloqram) isə bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub.

Bununla da sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar. Daha əvvəl İslam Bazarqanov (57 kiloqram) qızıl, Cəbrayıl Hacıyev (79 kiloqram) bürünc medal əldə edib.

Qeyd edək ki, Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Qadın güləşində isə Jalə Əliyeva (57 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc mükafatın sahibi olublar.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər