Saytımızı qiymətləndirin


 
 

“Bizə qarşı açıq müharibə elan edilib”
Tarix: 24-04-2026 | Saat: 22:40
Bölmə:Karusel / Dünya | çapa göndər

bize-qarsi-aciq-muharibe-elan-edilib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb dünyasının Moskvaya qarşı birbaşa hərbi və siyasi hücuma keçdiyini bəyan edib.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir bu barədə ölkənin qeyri-kommersiya təşkilatlarının rəhbərləri ilə görüşündə danışıb.

Diplomat qeyd edib ki, bir vaxtlar Qərblə əməkdaşlıq perspektivləri real görünsə də, hazırda bu ümidlər tamamilə puç olub:

“Tariximizin müəyyən bir mərhələsində Qərblə birgəyaşayış və hətta əməkdaşlıq perspektivləri bizə olduqca real görünürdü. Lakin bütün bunlar havada yoxa çıxdı. İndi bizə qarşı açıq müharibə elan edilib”.

Lavrovun sözlərinə görə, bu geosiyasi hücumda Ukrayna dövləti və Kiyev hakimiyyəti sadəcə bir vasitə rolunu oynayır. O, Qərb ölkələrinin Ukraynanı qlobal təhlükəni alovlandıran bir mərkəzə çevirməyə çalışdıqlarını vurğulayıb.

Xatırladaq ki, nazir bundan əvvəl Alyaska sammiti zamanı Ukrayna münaqişəsini həll etməyə hazır olduqlarını bildirsə də, ABŞ-nin bu məsələdə qətiyyətsizlik göstərdiyini qeyd etmişdi.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 16:48Güclü külək əsir