Tarix: 23-04-2026 | Saat: 09:58
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Qlobal fond bazarlarında əsas indekslər son 24 saat ərzində fərqli istiqamətdə dəyişib.
Qarabaginfo.az xəbər verir ki, ABŞ fond bazarlarında əsas indekslərdə artım qeydə alınıb. Dow Jones indeksi 0,69% artaraq 49 490,03 bəndə, S&P 500 indeksi 1,05% yüksələrək 7 137,90 bəndə, Nasdaq Composite indeksi isə 1,64% artaraq 24 657,57 bəndə çatıb. Eyni zamanda, NYSE Composite indeksi 0,22% artaraq 23 001,78 bənd, S&P/TSX Composite indeksi isə 0,43% yüksələrək 33 955,11 bənd olub.
Avropa fond bazarlarında Euro Stoxx 50 indeksi 0,41% azalaraq 5 906,22 bəndə, FTSE 100 indeksi 0,21% geriləyərək 10 476,46 bəndə, DAX indeksi 0,31% enərək 24 194,90 bəndə düşüb. CAC 40 indeksi 0,96% azalaraq 8 156,43 bənd, IBEX 35 indeksi isə 0,75% geriləyərək 18 006,40 bənd səviyyəsində qərarlaşıb.
Asiya-Sakit okean regionunda isə əsasən azalma qeydə alınıb. Nikkei 225 indeksi 0,99% azalaraq 58 994,45 bəndə, TOPIX indeksi 1,04% enərək 3 705,90 bəndə, Hang Seng indeksi 1,12% azalaraq 25 870,37 bəndə düşüb. CSI 300 indeksi 0,79% geriləyərək 4 761,57 bənd təşkil edib. S&P/ASX 200 indeksi 0,80% azalaraq 8 773,10 bəndə enib, MSCI AC Asia Pacific indeksi isə 0,54% azalaraq 255,65 bənd olub.
Digər xəbərlər


















