Saytımızı qiymətləndirin


 
 

Elçin Əmirbəyov: Ermənistanda yeni konstitusiya qəbulu regionda sülhün təmini baxımından vacibdir
Tarix: 14-04-2026 | Saat: 20:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

Elçin Əmirbəyov

 

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı televiziya kanallarından biri olan “CNN Prima News” xəbər agentliyinə müsahibəsi baş tutub.

Qarabaginfo.az xəbər verir ki, müsahibə çərçivəsində Elçin Əmirbəyov həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə sualı cavablandırıb.

O, əldə olunmuş razılaşmalar və davamlı sülhün təmin olunması istiqamətində görülən işlərdən də bəhs edib.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi ilə bağlı yaxın zamanda təşkili nəzərdə tutulan referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb.



Xəbəri paylaş

58 dəfə oxunub.

Digər xəbərlər
25-02-2022, 14:11 Füzulidə avtomobil YANDI