Qoca Səmədovun oğlu azadlığa buraxıldı
Tarix: 14-04-2026 | Saat: 13:10
Bölmə:Karusel / Kriminal | çapa göndər
207 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-04-2026 | Saat: 13:10
Bölmə:Karusel / Kriminal | çapa göndər
Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.
Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar qəbul edilib.
Z.Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyib. Həmin maddə ilə ona bəraət verilib. Qəsdən sağlamlığa zərərvurma maddəsi ilə cinayət işinə isə tərəflər arasında barışıq olduğu üçün xitam verilib. Nəticədə mərhum icra başçısının oğlu azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 3 ay əvvəl rayonun İsmayılabad kəndində baş verib. İlkin məlumatda deyilirdi ki, Zaur Səmədov mübahisə zəminində tanışına ov tüfəngindən atəş açmaqla xəsarət yetirib.
Z.Səmədovun atası Qoca Səmədov Yevlaxın icra başçısı işləyib. O, korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilib. Şərti azadlığa buraxılandan qısa müddət sonra vəfat edib.
Xəbəri paylaş
Digər xəbərlər
22-08-2022, 11:21
Donetskdə Rusiyanın hərbi anbarı PUA ilə vurulub
30-11-2023, 12:29
Nazirə "pul ver" desəniz, ağlayacaq - Putin
8-04-2021, 13:02
Çavuşoğlu Aİ rəhbərliyi ilə görüşdə protokolun pozulmasına dair fikirlərə aydınlıq gətirib
5-10-2022, 18:57
İranda növbəti zəlzələ olub, Naxçıvanda hiss edilib
26-08-2024, 08:05
Fransa məhkəməsi Pavel Durovun həbs müddətini uzadıb
27-08-2021, 22:28
BQXK nümayəndələri Ağdərədə saxlanılan hərbçimizə baş çəkdi
11-02-2022, 21:29
Gəncədə elektrik cərəyanı 30 yaşlı kişini vuraraq öldürüb


















