Saytımızı qiymətləndirin


 
 

Əli Əsədov Kosta-Rikanın Birinci vitse-prezidenti ilə investisiya perspektivlərini müzakirə edib
Tarix: 11-03-2026 | Saat: 22:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Əli Əsədov Kosta-Rikanın Birinci vitse-prezidenti ilə investisiya perspektivlərini müzakirə edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 11-də ölkəmizdə səfərdə olan Kosta-Rika Respublikasının Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüş zamanı Fransisko Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda Forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib.

Görüşdə Azərbaycan-Kosta-Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan görüşdə iştirak edib.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər