Saytımızı qiymətləndirin


 
 

Tbilisidə Xocalı soyqırımının qurbanları anılıb - FOTO
Tarix: 26-02-2026 | Saat: 20:37
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Sənan Baxşıyev

 

Tbilisidə Axundov İncəsənət Qalereyasında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Qarabaginfo.az xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Sənan Baxşıyev çıxışında Xocalı qətliamının tariximizin ən dəhşətli faicələrindən biri olduğunu deyib.

O, faciənin günahsız qurbanlarının qanlarının yerdə qalmadığını, 44 günlük Vətən müharibəsi zamanı qisaslarının döyüş meydanında alındığını qeyd edib.

Diplomat azad Xocalıda artıq həyatın yenidən canlandığını vurğulayıb, xocalılıların doğma torpaqlarına qayıtmasını ədalətin bərpası adlandırıb.

 



Xəbəri paylaş

53 dəfə oxunub.

Digər xəbərlər