Saytımızı qiymətləndirin


 
 

Pentaqon "Grok" çat-botunun məxfi sistemlərdə istifadəsinə icazə verib
Tarix: 24-02-2026 | Saat: 08:22
Bölmə:Karusel / Dünya | çapa göndər

Pentaqon "Grok" çat-botunun məxfi sistemlərdə istifadəsinə icazə verib

ABŞ Müharibə Nazirliyi hərbçilərə məxfi sistemlərdə süni intellekt əsaslı "Grok" çat-botundan istifadə etməyə icazə verib.

Qarabagifo.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, İlon Maskın "xAI" şirkəti ilə Pentaqon arasında imzalanmış razılaşma hərbçilərə "Grok" modelini məxfi sistemlərdə tətbiq etməyə imkan verir.

Həmin sistemlər kəşfiyyat məlumatları, silahların hazırlanması və döyüş əməliyyatlarının planlaşdırılması ilə bağlıdır.

Portal qeyd edir ki, indiyədək Pentaqon bu cür sistemlərdə yalnız "Anthropic" şirkətinin hazırladığı "Claude" adlı süni intellekt modelinin istifadəsinə icazə verirdi.

Hazırda ABŞ Müdafiə Nazirliyi "Anthropic" ilə əməkdaşlığın dayandırılması imkanını nəzərdən keçirir.

Buna səbəb şirkətin "Claude" modelinin hərbi məqsədlərlə istifadəsinə müəyyən məhdudiyyətlərin saxlanılmasında israr etməsidir.

Pentaqon süni intellekt sahəsində əməkdaşlıq etdiyi şirkətlərdən onların texnologiyalarının “qanuni olan bütün məqsədlər üçün” istifadəsinə imkan verilməsini tələb edir.



Xəbəri paylaş

56 dəfə oxunub.

Digər xəbərlər