Saytımızı qiymətləndirin


 
 

Vətən Müharibəsi şəhidləri Türkiyədə anılıb - FOTO
Tarix: 26-09-2022 | Saat: 22:20
Bölmə:Gündəm / Karusel | çapa göndər

Vətən Müharibəsi şəhidləri Türkiyədə anılıb - FOTO

İstanbulda 2020-ci ilin 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, Azərbaycanın İstanbuldaki Baş Konsulluğu tərəfindən təşkil olunan anım mərasimi İstanbulun Sarıyer rayonundaki Heydər Əliyev parkında baş tutub.

Tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilərək, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən Azərbaycanın İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva Vətən Müharibəsində şəhid olaraq işğal altında olan Azərbaycan torpaqlarını azad edən qəhrəmanların şücaətindən bəhs edib.

N. Mustafayeva, Azərbaycanın vətən fədailərini hər zaman yaddaşlarda yaşadacağını vurğulayıb.

Tədbirdə Türkiyə Xarici işlər Nazirliyinin rəsmiləri, müxtəlif ölkələrin İstanbuldaki konsulları, ictimaiyyət nümayəndələri və yerli media iştirak edib.



Xəbəri paylaş

1158 dəfə oxunub.

Digər xəbərlər