Saytımızı qiymətləndirin


 
 

Jurnalist Səbuhi Məmmədli xəstəxanaya YERLƏŞDİRİLDİ
Tarix: 26-09-2022 | Saat: 18:26
Bölmə:Gündəm / Karusel | çapa göndər

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli xəstəxanaya yerləşdirlib.
Qarabaginfo.az saytının məlumatına görə, S.Məmmədli Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yatırılıb. Ona yüksək şəkərli diabet və kəskin ürək çatışmazlığı diaqnozu qoyulub.
Əməkdaşımız hazırda xəstəxanada müalicə olunan jurnalistlə əlaqə saxlayaraq, onun  vəziyyətilə maraqlanıb. Həmkarımız vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.
S.Məmmədlinin sözlərinə görə, Mətbuat Şurasının ötən şənbə keçirilmiş VIII qurultayının nümayəndəsi olsa da, həmin gün xəstəxanaya yerləşdirilməsi səbəbindən tədbirə qatıla bilməyib.
Hazırda vəziyyəti ürəkaçan olmayan jurnalist intensiv müalicə aldığını söyləyib. S.Məmmədli dəstəyə ehtiyac duyduğunu da gizlətməyib.



Xəbəri paylaş

1147 dəfə oxunub.

Digər xəbərlər
18-01-2022, 11:27 Mahir Xəttaba hökm oxundu