Saytımızı qiymətləndirin


 
 

İrandakı aksiyalarda 26 nəfər ÖLÜB
Tarix: 23-09-2022 | Saat: 13:46
Bölmə:Gündəm / Karusel | çapa göndər

İranda davam edən ümumxalq etiraz aksiyalarında ümumilikdə 26 nəfər ölüb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. 

 

Sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komaya düşən və xəstəxanaya yerləşdirilən Məhsa Emininin sentyabrın 16-da vəfat etməsindən sonra başlayan nümayişlər bir çox əyalət, rayon və qəsəbələrə yayılıb. 

 

İran hakimiyyəti nümayişlər zamanı insan itkisi ilə bağlı dəqiq məlumat verməsə də, canlı yayımda çıxış edən dövlət televiziyasının diktoru “Təəssüf ki, bu hadisələr zamanı polislər də daxil olmaqla 26 nəfər həyatını itirdi”, - deyib. 

 

Dövlət televiziyasının diktoru bildirib ki, ölənlərin dəqiq sayı rəsmi orqanlar tərəfindən açıqlanacaq.

 

Sosial mediada yayımlanan görüntülərdə başda Tehran və İsfahan kimi böyük şəhərlərdə başda olmaqla ölkənin müxtəlif bölgələrində hadisələrin şiddətləndiyi, təhlükəsizlik qüvvələrinin etirazların öhdəsindən gəlmək üçün daha sərt şəkildə müdaxilə etdiyi görünür.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər
25-12-2023, 14:23 Üç rayonda qaz olmayacaq