Saytımızı qiymətləndirin


 
 

Gəncədə dava qanla BİTDİ
Tarix: 20-09-2022 | Saat: 15:12
Bölmə:Gündəm / Karusel | çapa göndər

Sentaybrın 20-i saat 6 radələrində 2005-ci il təvəllüdlü Həsən Novruzovun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.


Gəncə şəhər prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Azər Mövsümovun sentyabrın 19-u saat 23 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Xəbəri paylaş

135 dəfə oxunub.

Digər xəbərlər