Tarix: 21-01-2021 | Saat: 14:24
Bölmə:Gündəm | çapa göndər
Azərbaycanda siyasi məhbus olmasa da, bəzi beynəlxalq təşkilatlar bu barədə məlumatlar yayır. Bu qəbuldən olan bəzi şəxslərin əfv edilməsi məsələsini də gündəmə gətirirlər.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli açıqlamasında bildirib ki, siyasi məhbus anlayışı dövlət səviyyəsində qəbul edilmir:
“44 günlük Qarabağ müharibəsində qalib gəlmişik. Uzun müddətdir ki, amnistiya aktı qəbul etmirik. Düşünürəm ki, ciddi amnistiya aktı və əfv qərarı qəbul etməliyik ki, bu, daha əhatəli olsun. Biz dövlət olaraq siyasi məhbus anlayışını qəbul etmirik. Bəzi beynəlxalq təşkilatlar və müxalifət nümayəndələri siyasi məhbus anlayışını qəbul edir. Onun tərəfdarıyam ki, ölkəmizdə böyük amnistiya aktı və əfv prosesi getsin, məhbuslar ya azadlığa buraxılsınlar ya da cəzaları yüngülləşsin. Hesab edirəm ki, dövlətin böyüklüyünü göstərmək lazımdır”.
Tahir Kərimli parlamentdə əfvlə bağlı gözlənilən dinləmələrdən də söz açıb:
“Arzu edək ki, Novruz bayramına qədər əfv sərəncamı verilsin. Parlamentdə marta qədər dinləmələr keçirmək olar”.
Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına 18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə daxildir.Modern.az
Digər xəbərlər